“Ermənistanın cəzasız qalmaması vacibdir” – XİN başçısı

09:54 31.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

“31 Mart “Azərbaycanlıların Soyqırımı Günü”ndə soyqırımı qurbanlarını yad edir və belə qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha bildiririk” – nazir qeyd edib.